Livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edildi - VİDEO

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz silahlı birləşmələr, terrorçu dəstələr halında döyüşlərə cəlb edilmələri ilə bağlı çoxsaylı faktlara

Livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edildi - VİDEO
XƏBƏRİN VİDEOSUNA KEÇİD EDİN!
Azvision.az  Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən xəbər verir ki, aparılan araşdırmalarla Livan Respublikasının vətəndaşı Viken Eulcekcianın, həmin ölkənin digər vətəndaşı Hovak Kikiyan, habelə ayrı-ayrı xarici ölkə vətəndaşları ilə birgə qabaqcadan razılaşdırılmış konkret muzd müqabilində Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmələrinə və terrorçuluq əməlləri törətmələrinə əsaslı şübhələr yaranıb.

Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Viken Eulcekcian Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (Muzdluluq), 214.2.1-ci və 241.2.3-cü (Terrorçuluq), 228.2.1-ci (Qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 279.1-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda araşdırmalar davam edir.
İLGİNİZİ ÇEKEBİLİRX
Ağdamda qədim dövrə aid mədəniyyət nümunələri tapıldı
Ağdamda qədim dövrə aid mədəniyyət nümunələri tapıldı
Erməni milyarderlər də Paşinyanın istefasını tələb edir
Erməni milyarderlər də Paşinyanın istefasını tələb edir