Oğurluqda şübhəli bilinən şəxslər saxlanıldı

Yevlax və Gəncədə oğurluq edən şəxslər tutulub.

Oğurluqda şübhəli bilinən şəxslər saxlanıldı
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazindəki 2 həyətdən müxtəlif əşyalar və ev quşları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Nadirov saxlanılıb.

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki idman kompleklərinin birindən 875 manat dəyərində 4 ədəd qapı, 3 qapı kilidi və hamam aksesuarları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini E.Məmmədov saxlanılıb.
İLGİNİZİ ÇEKEBİLİRX
Ağdamda qədim dövrə aid mədəniyyət nümunələri tapıldı
Ağdamda qədim dövrə aid mədəniyyət nümunələri tapıldı
Erməni milyarderlər də Paşinyanın istefasını tələb edir
Erməni milyarderlər də Paşinyanın istefasını tələb edir